Yunanıstanın Krit adası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.Metbuat.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar İerapetra şəhərindən 27 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 17 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı edilməyib.