EN

Bu il dövlət satınalmaları üzrə 247 protokol ləğv olunub

BAKI, 24 aprel. TELEQRAF

2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət satınalmaları üzrə müsabiqələrdə qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 247 protokol ləğv olunub.

Bu barədə Teleqraf-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ləğv olunan protokol sayının ümumi protokol sayında xüsusi çəkisi 24% təşkil edib.

Bu, nəzarət mexanizmlərinin daha da gücləndiyini nümayiş etdirir və satınalma prosesində qanunvericiliyin tələblərinə əməl edilməsini təşviq edir.

Chosen
77
5
teleqraf.com

6Sources