EN

Yaşayış evində güclü yanğın: ÖLƏN VAR

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı FHN-in mətbuat xidmətindən məlumat verilib. Rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.(apa)

Chosen
7
6
nocomment.az

10Sources