EN

Qasperini ilə yola getməyən Ranyeri Roma dan ayrılır

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır

"Roma" klubunun idarə heyətinin müşaviri Klaudio Ranyeri yaxın vaxtlarda vəzifəsindən ayrılacaq.

QOL.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

O bildirib ki, ayrılığın əsas səbəbi baş məşqçi Can Ptero Qasperini ilə yaranan fikir ayrılığıdır. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyib. Qasperini komandanın heyətindən narazılığını bildirib, Ranyeri isə transferlərin birgə razılaşdırıldığını vurğulayıb.

Məlumata əsasən, mövsümün sonuna yaxın qeydə alınan qeyri-sabit nəticələr də tərəflər arasında gərginliyi daha da artırıb.

Hazırda A Seriyasında 33 turdan sonra “Roma” 58 xalla 6-cı pillədə qərarlaşıb. 

Qeyd edək ki, 73 yaşlı Ranyeri 2024-cü ilin noyabrında “Roma”nın baş məşqçisi təyin olunmuş və mövsümün sonuna qədər komandaya rəhbərlik etmişdi. O, daha əvvəl də 2009–2011 və 2019-cu illərdə paytaxt klubunda çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
qol.az

2Sources