Güləş üzrə Avropa çempionatında mübarizə aparan xanım idmançımız Günay Qurbanova ilə məşqçisi Toğrul Əsgərov arasında maraqlı dialoq yaşanıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən görüşdə gümüş medal qazanan idmançıya məşqçisi dəstək olub.
Belə ki, G.Qurbanova and içərək müəlliminə niyə belə olduğunu bilmədiyini açıqlayıb: “Allah haqqı bilmirəm, qollarım sözümə baxmır”.
Toğrul Əsgərov isə cavabında ona bu sözləri deyib: “Medal medaldır. Bizə olimpiyada lazımdır, başa düşürsən? Hər şey irəlidədir”.
Sözügedən anları təqdim edirik:
"Cebheinfo.az"