EN

İran “dost ölkələr”i “Hörmüz xəracı”ndan azad edib

İran Rusiya da daxil olmaqla bir neçə "dost" ölkəni Hörmüz boğazında tranzit rüsumlarından azad edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın dövlət xəbər agentliyi “RIA Novosti” İranın Moskvadakı səfiri Kazem Cəlaliyə istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, bəzi ölkələr üçün istisnalar artıq mövcuddur, lakin bu məsələ ilə bağlı gələcək siyasət qeyri-müəyyən olaraq qalır.

Cəlali qeyd edib ki, İran Xarici İşlər Nazirliyi hazırda Rusiya da daxil olmaqla tərəfdaş ölkələrə verilən güzəştləri təmin edir.

Chosen
10
publika.az

1Sources