EN

Azərbaycan bank sektorunun hədəfləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2026–2030-cu illərüzrə strateji hədəfləri təsdiqlənib: "Bu hədəflər çərçivəsindəxüsusilə post-neft dövründə kiçik və orta biznesin inkişafı, yeniiqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsinədəstəyin gücləndirilməsi nəzərdə tutulur.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) PrezidentiZakir Nuriyev bildirib.

O qeyd edib ki, bu proseslərə dəstək məqsədilə Azərbaycan BankMaliyyə Tədris Mərkəzinin (ABMTM) genişləndirilməsi planlaşdırılır:"Mərkəz maliyyə sektorunda fəaliyyət göstərən assosiasiyalarıntəsisçiliyi ilə fəaliyyətini genişləndirəcək, kadr hazırlığınadiqqət daha da artırılacaq. Ümumilikdə maliyyə sektorunda 30 mindənçox əməkdaş çalışır və onların sertifikatlaşdırılması üçün zəruridəstək tədbirləri həyata keçiriləcək".

Z. Nuriyev bildirib ki, bununla yanaşı, Mərkəzi Bank tərəfindənrisklərin idarə edilməsi və Basel standartlarının yüksəldilməsiistiqamətində görülən işlərə dəstək olaraq təlim və tədrisproqramları gücləndiriləcək: "Bankların qiymətli kağızlar bazarındadaha fəal iştirakı təmin ediləcək, maliyyə sektorunun müxtəlifseqmentləri arasında əməkdaşlıq və sinerji artırılacaq.

Həmçinin sığorta, qiymətli kağızlar və fintex bazarlarınıninkişafı, açıq bankçılığın tətbiqi, ödəniş sistemlərinintəkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Eynizamanda kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və busahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi dəplanlaşdırılır".

Assosiasiyası rəhbəri, həmçinin "yaşıl iqtisadiyyat"a banklarıntöhfəsindən də bəhs edib: "COP29 çərçivəsində bank sektoruqarşıdakı beş il ərzində 2 milyard manat həcmində yaşıl kreditöhdəliyi götürüb və bu istiqamətdə artıq müvafiq tədbirlər həyatakeçirilir. Yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığınqorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğuntransformasiyasına xidmət edəcək.
Sistem əhəmiyyətli banklar tərəfindən bir sıra iri pilot layihələricra olunur və bu layihələr yaşıl, dayanıqlı iqtisadiyyata keçidintəmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, bir müddətəvvəl Enerji Effektivliyi Fondu yaradılıb. Banklar fondunvəsaitlərindən aktiv istifadə etməklə enerji səmərəliliyini artıranvə “yaşıl iqtisadiyyat”a keçidi dəstəkləyən layihələrin ayrıcamaliyyələşdirilməsini planlaşdırırlar".

Chosen
44
1
az.trend.az

1Sources