EN

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu “Hannover Messe 2026” sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (SəlahiyyətliQurum) dünyanın aparıcı sənaye sərgilərindən biri olan “HannoverMesse 2026”-da iştirak edib. Cari ilin 20–24 aprel tarixlərindəAlmaniyanın Hannover şəhərində keçirilən sərgidə təxminən 3000-əyaxın şirkət təmsil olunub.

Sərgidə Səlahiyyətli Qurum ayrıca stendlə çıxış edərək,iştirakçılara Ələt Azad İqtisadi Zonasında investorlar üçünyaradılmış əlverişli biznes mühit barədə ətraflı məlumat təqdimedib. Nümayəndə heyəti sərgi çərçivəsində İtaliya, Türkiyə, Çin,Hindistan və digər ölkələrdən şirkətlər, habelə Alman-AzərbaycanXarici Ticarət Palatasının dəstəyi ilə Almaniya şirkətləri ilə birsıra görüşlər keçirib.

Görüşlər zamanı potensial investorlara zonanın unikalqanunvericilik bazası, geniş maliyyə və qeyri-maliyyə güzəştləri,inkişaf etmiş nəqliyyat və logistika imkanları, eləcə də istifadəyəhazır infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchizedilmiş sənaye torpaq sahələri barədə məlumat verilib.

Səlahiyyətli Qurumun nümayəndələri Ələt Azad İqtisadi Zonasınıntəqdim etdiyi üstünlükləri vurğulayaraq, xarici investorları buradaistehsal müəssisələri qurmağa dəvət ediblər.

Ələt
Ələt
Ələt
Ələt
Chosen
18
az.trend.az

1Sources