EN

Rusların 74%-i Putini dəstəkləyir

Rusiya Prezidenti Volodimir Putinə ölkə vətəndaşlarının 74 faizi etimad edir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Dövlət başçısının İctimai Rəy Fondunun (FOM) saytında dərc olunmuş yenilənmiş reytinqində deyilir.

Respondentlərin 14 faizi Putinə inamsızlıq göstərib, daha 12 faizi isə əmin deyil. Bundan əlavə, respondentlərin 74 faizi Putinin dövlət başçısı kimi fəaliyyətini bəyənib.

FOM-un məlumatına görə, sorğu aprelin 17-dən 19-dək Rusiyanın 51 bölgəsindəki 97 icmada aparılıb. Sorğuda 18 yaşdan yuxarı 1500 nəfər iştirak edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
72
missiya.az

1Sources