EN

UEFA prezidenti VAR sistemində qeyri müəyyənlikləri tənqid edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

UEFA prezidenti Aleksander Çeferin VAR sisteminin tətbiqindən sonra hakim qərarlarında müşahidə olunan qeyri-sabitliyi tənqid edib.

AZƏRTAC xəbər verir ki, sloveniyalı funksioner bu barədə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “The Forum” konfransında danışıb.

Onun sözlərinə görə, VAR sisteminin tətbiqindən sonra bəzi qaydaların şərhində qeyri-müəyyənlik yaranıb və bu, həm azarkeşlər, həm də mütəxəssislər üçün anlaşılmazlıq doğurur: “Xüsusilə əllə oyun epizodlarında qərarların verilməsi birmənalı deyil və bu hallar tez-tez mübahisələrə səbəb olur. Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) qaydalarının vahid şəkildə tətbiqi vacibdir və yekun qərar həmişə meydandakı baş hakimə məxsus olmalıdır. VAR yalnız açıq və aşkar səhvlər zamanı müdaxilə etməlidir”.

A.Çeferin, həmçinin bəzi çempionatlarda VAR yoxlamalarının uzun çəkməsini tənqid edərək bildirib ki, bu proses oyunların gedişatına mənfi təsir göstərir: “Xüsusilə La Liqa və Premyer Liqa matçlarında fasilələrin 10-15 dəqiqəyədək uzanması yolverilməzdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
4
azertag.az

4Sources