EN

250 400 ballı ixtisaslarda artım olacağı gözlənilir Ekspertdən RƏY

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 11 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Açıqlanan məlumatlara əsasən, imtahanlarda 0-150 bal arası nəticə göstərənlərin sayı çoxdur. Odur ki, bu göstəricilərin blok imtahanlarından sonra ixtisas ballarına da necə təsir edəcəyi sual doğurur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad bildirdi ki, 11 nəfərin maksimal 300 bal toplaması onu göstərir ki, builki nəticələrdə 300 bal toplayan abituriyentlərin sayı kifayət qədər çox deyil:

"Yəni müəyyən sayda şagirdin 300 bal toplaması ümumi keçid ballarında hər hansı ciddi artıma səbəb olmayacaq. Mən düşünürəm ki, bu il buraxılış imtahanında yüksək bal toplayan abituriyentlərin sayı az olduğuna görə, blok imtahanında da müəyyən çətinlikləri nəzərə alsaq, ixtisas seçimində bəzi ixtisaslarda balların müəyyən qədər enməsi ehtimalı var. Xüsusilə də yüksək ballı ixtisaslarda bu hal müşahidə oluna bilər. Əsas bal artımının isə 250-400 arası ballı ixtisaslarda olacağı gözlənilir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
1
redaktor.az

2Sources