EN

Pişiklərdə bu xəstəliyə yeni ƏLAC

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiya alimləri pişiklərdə xroniki böyrək çatışmazlığının müalicəsi üçün yeni baytarlıq preparatı hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Bildirilib ki, preparat Yaponiyanın AIM Medical Research Institute tərəfindən hazırlanıb. Alimlər artıq dərmanın istehsalı və istifadəsi üçün tənzimləyici qurumlara müraciət ediblər.

Məlumata görə, preparat AIM adlı zülal əsasında hazırlanıb. Bu zülal orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. İnsanlarda normal fəaliyyət göstərən zülal pişiklərdə zəif işlədiyi üçün onlarda xroniki böyrək xəstəliyi yaranır.

Klinik sınaqlar göstərib ki, xəstəliyi artıq inkişaf etmiş pişiklərə preparatın tətbiqi böyrək funksiyasını sabitləşdirir və müalicəyə başlandıqdan altı ay sonra sağ qalma göstəricilərini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edilib ki, xroniki böyrək xəstəliyi daha çox yaşlı pişiklərdə müşahidə olunur. Bu xəstəlik iştahanın itməsi, son mərhələlərdə isə nevroloji pozuntulara səbəb ola bilir.

Layihənin rəhbəri Toru Miyazaki yeni preparatın böyrək xəstəliyindən əziyyət çəkən pişiklərin həyat keyfiyyətini yaxşılaşdıracağına ümid etdiyini bildirib.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
redaktor.az

2Sources