EN

Minmə düşmə yerindən sərnişin götürən sürücü cərimələndi ŞİKAYƏT VİDEO FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda qayda pozmadığını iddia edən sürücü redaksiyamızın qaynar xəttinə müraciət edib. Avtosfer.az xəbər verir ki, hadisə martın 7-də paytaxtın Zivərbəy Əhmədbəyov küçəsində baş verib.

Belə ki, 99-BQ-327 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü avtobus zolağında yerləşən minmə-düşmə yerinə daxil olaraq sərnişini götürüb və dərhal ərazini tərk edib. Buna baxmayaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 2 bal və 100 manat məbləğində cərimə tətbiq olunub.

Sürücü bildirir ki, həmin zolağa daxil olarkən heç bir qaydanı pozmayıb və sərnişini cəmi 6-7 saniyə ərzində götürərək yoluna davam edib.

Cərimənin ləğvi məqsədilə o, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Lakin verilən cavabda cərimənin qanuni olduğu qeyd olunub.

Sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən tətbiq edilmiş cərimənin ləğv edilməsini xahiş edir.

Fərid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
113
50
avtosfer.az

10Sources