EN

“Avtobus, metro və tramvaydan ibarət nəqliyyat üçbucağı formalaşacaq Rəy

ain.az, 525.az saytına istinadən bildirir.

“Ölkədə ictimai nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, taksi isə burada daha çox köməkçi vasitə rolunu oynayır. Dövlət proqramında da bu məsələ nəzərə alınıb və Bakıda tramvay xətlərinin yaradılması planlaşdırılıb”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bunu 525.az-a deyib. Ekspertin sözlərinə əsasən, hazırda layihələndirmə prosesi davam edir. Artıq tramvay xətlərinin ilkin çəkiləcəyi ərazilər də müəyyən edilib. Hazırda isə sistemin texniki tərəfləri ilə bağlı müzakirələr aparılır. Gözlənilir ki, yaxın dövrdə, ehtimal ki, gələn ildən etibarən bu layihənin ilkin real nəticələri görünməyə başlayacaq:

“Avtobus, metro və tramvaydan ibarət nəqliyyat üçbucağı formalaşacaq. Müasir tramvaylar sovet dövründəki nümunələrdən köklü şəkildə fərqlənməlidir.Yeni tramvaylar daha səssiz, daha effektiv və daha sürətli olmalıdır. Bakı kimi böyük və sıx şəhər üçün tramvay kifayət qədər effektiv nəqliyyat növüdür. Əsas şərt tramvay xətlərinin avtomobil yolları ilə kəsişməsinin minimuma endirilməsi və onun ayrıca zolaqla hərəkət etməsidir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
525.az

1Sources