EN

Tramp: İsrail Hizbullah hədəflərinə ehtiyatlı və dəqiq zərbələr endirə bilər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail özünü müdafiə hüququnu saxlayır və əgər atəşə məruz qalarsa, Livandakı Hizbullah hədəflərinə zərbələr endirə bilər.

Bizimyol.info xəbər verir ki, Trampın sözlərinə görə, bu cür hərəkətlər “ehtiyatlı və dəqiq” olmalıdır. Bəyanat, Vaşinqtondakı Ağ Evdə İsrail və Livan səfirləri arasında ikinci raund danışıqlardan sonra verilib.

“Əgər onlara atəş açılarsa, İsrail müdafiə olunmalıdır… amma bunu ehtiyatla və dəqiq şəkildə edəcəklər”, - deyə o vurğulayıb.

Eyni zamanda, ABŞ prezidentinin mövqeyi əvvəlki açıqlamaları ilə müqayisədə yumşaq görünür; əvvəllər Tramp İsrailin Livana zərbə endirməsinin “qadağan edildiyini” demişdi. Bu sözlər Vaşinqtonda narahatlıq yaradıb və Ağ Evdən əlavə izahat tələb etmişdi.

Daha sonra administrasiya rəsmiləri açıqlayıb ki, atəşkəs rejimi İsrailin birbaşa təhdidlərə cavab vermək hüququnu istisna etmir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
bizimyol.info

1Sources