EN

Azərbaycandan Rusiyaya qida duzu ixracı 2 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 65,45 min ABŞ dolları dəyərində 948,5 ton qida üçün yararlı yodlaşdırılımış duz ixrac edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 dəfə, həcm ifadəsində isə 33,2% azalıb.

Cari ilin ilk iki ayında Rusiyadan başqa Gürcüstan, Qazaxıstan, Almaniya və Polşaya da qida duzu ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 12,9 min ton qida duzu istehsal edilib. Bu isə illik müqayisədə 41,1% çoxdur.

Chosen
27
apa.az

1Sources