EN

Tanınmış futbolçunu döyüb ÖLDÜRDÜLƏR

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə aprelin 19-da olub və həkimlərin səylərinə baxmayaraq, idmançı xəstəxanada vəfat edib. Qətl gecə saatlarında, Vakkaro iki dostu ilə birlikdə avtomobilinə doğru gedərkən baş verib. Beş yeniyetmə onlara hücum edib. Ona hücum edənlərdən 17 yaşlı şəxs Vakkaronu boyun və qarın nahiyəsindən vintaçanla yaralayıb. Zərərçəkənin dostları əvvəlcə xəsarətlərin ciddiliyini anlamayıb və onu evə aparıblar, lakin sonradan təcili yardım çağırıblar. Futbolçu xəstəxanaya çatdırılsa da, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Onun dostlarından biri də qarın nahiyəsindən yaralanıb və vəziyyətinin stabil olduğu bildirilir. İstintaqın məlumatına görə, münaqişə yeniyetmələrin Vakkarodan daşıdığı pizza qutularını tələb etməsi ilə başlayıb. Futbolçunun imtinası yeniyetmələrin aqressiv davranışına səbəb olub. 

Hazırda üç şübhəli saxlanılıb, araşdırma davam edir.

Chosen
9
6
Ajans.az

7Sources