EN

Sirli ölümlər davam edir: Bir il əvvəl itkin düşən NASA aliminin meyiti tapıldı

Təxminən bir ildir itkin düşən 29 yaşlı NASA mühəndisi Coşua Leblankın cəsədi ABŞ-ın Alabama ştatında tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, o, 22 iyul 2025-ci ildə Hantsvildə yoxa çıxıb. Yoxa çıxdığı gün işə gəlməyib və əlaqə saxlamaq mümkün olmayıb. Ailəsi onun qaçırılmış ola biləcəyindən şübhələnərək dərhal itkin düşdüyünü bildirib.

Mühəndis NASA-da beş ildən çox çalışmış və DRACO layihəsi də daxil olmaqla kosmik nüvə mühərrikləri üçün idarəetmə sistemlərinin hazırlanmasında iştirak etmişdi.

Nəşr həmçinin qeyd edir ki, onun ölümü sosial mediada nüvə və kosmik tədqiqatlarla bağlı bir sıra itkin düşmə və ölüm halları ilə bağlı müzakirələr fonunda elan edilib.

Chosen
89
publika.az

1Sources