EN

Küveyt dron hücumuna məruz qalıb

Bakı.Trend:

Küveytin şimalında, İraqla sərhəddə yerləşən sərhəd postlarıdron hücumuna məruz qalıb.

Trend xəbər verirki, bu barədə Küveyt Müdafiə Nazirliyinin “X” səhifəsində məlumatpaylaşılıb.

Məlumata görə, hücum 2 dron ilə həyata keçirilib.

“Səhər saatlarında Küveytin şimal quru sərhədində yerləşən ikisərhəd postu partlayıcı maddə ilə yüklənmiş, fiber-optik kabellərləidarə olunan iki pilotsuz aparat vasitəsilə həyata keçirilmişcinayət xarakterli hücumun hədəfinə çevrilib. Bu aparatların İraqRespublikası istiqamətindən gəlib, hücum nəticəsində maddi ziyandəysə də, insan tələfatı qeydə alınmayıb”, – deyə hərbi qurumun "X"platformasında yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Chosen
79
2
az.trend.az

3Sources