Metbuat.az xəbər verir ki, Vilyams gələcəyin potensial pilotu kimi seçilib və xüsusi proqram çərçivəsində inkişaf etdiriləcək.
Layihə çərçivəsində uşağın təhsilinə, məşqlərinə və yarış karyerasına maliyyə dəstəyi veriləcək. Məqsəd onu peşəkar motorsport dünyasına hazırlamaq və gələcəkdə yüksək səviyyəli yarışlarda iştirakını təmin etməkdir. Bu cür erkən investisiyalar Formula 1 dünyasında nadir hallarda baş verir və xüsusi istedad göstəricisi hesab olunur.