Pekin, 24 aprel, AZƏRTAC
Çin özünün peyk internet texnologiyasını yoxlamaq üçün orbitə bir neçə eksperimental peyk göndərib.
AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-2D” daşıyıcı raket Siçuan əyalətindəki Siçanq məntəqəsində yerli vaxtla 14:35-də (Bakı vaxtı ilə 10:35) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə yerləşdirib.
Eksperimental peyklər internet peyklərinin birbaşa mobil genişzolaqlı bağlantısı, kosmos-yer şəbəkəsi inteqrasiyası da daxil olmaqla texniki sınaq və yoxlama üçün istifadə ediləcək.
Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 639-cu raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin