EN

Çin peyk internet texnologiyasını yoxlamaq üçün orbitə eksperimental peyklər göndərib

Pekin, 24 aprel, AZƏRTAC

Çin özünün peyk internet texnologiyasını yoxlamaq üçün orbitə bir neçə eksperimental peyk göndərib.

AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-2D” daşıyıcı raket Siçuan əyalətindəki Siçanq məntəqəsində yerli vaxtla 14:35-də (Bakı vaxtı ilə 10:35) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə yerləşdirib.

Eksperimental peyklər internet peyklərinin birbaşa mobil genişzolaqlı bağlantısı, kosmos-yer şəbəkəsi inteqrasiyası da daxil olmaqla texniki sınaq və yoxlama üçün istifadə ediləcək.

Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 639-cu raket buraxılışı olub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Chosen
43
1
azertag.az

2Sources