EN

Qo Ciakun: “Çin Vaşinqtonu qərəzdən əl çəkməyə çağırır”

Yazını böyüt
Yazını kiçilt

“Çin ABŞ-ın süni intellekt (Sİ) sənayesinin inkişafındakı nailiyyətlərini ləkələmək və nüfuzdan salmaq cəhdlərinə qəti şəkildə qarşı çıxır və Vaşinqtonu qərəzdən əl çəkməyə, Çinə qarşı texnoloji təzyiqi dayandırmağa çağırır”.

Hafta.az yazır ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciakun mətbuat konfransında ABŞ-ın Çinə qarşı süni intellekt laboratoriyalarının əqli mülkiyyəti ilə bağlı ittihamlarını şərh edərkən səsləndirib.

ABŞ-ın iddialarının "tamamilə əsassız" olduğunu qeyd edən Qo Ciakun Çinin ABŞ-ı faktlara hörmət etməyə, qərəzdən əl çəkməyə, Çinə qarşı texnoloji təzyiqi dayandırmağa, iki ölkə arasında elmi və texnoloji mübadilə və əməkdaşlığı təşviq etmək üçün daha çox addım atmağa çağırdığını bildirib.

Chosen
66
hafta.az

1Sources