Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, “The Washington Times” qəzeti Tramp administrasiyasını qondarma erməni soyqırımını rəsmi olaraq tanımağa çağıran məqalə dərc edib.
Nəşr 24 aprel uydurma soyqırımının anım günü ərəfəsində qeyd edib ki, hazırkı şəraitdə bu qərar tarixi simvolizmin hüdudlarından kənara çıxır.
Özünü “soyqırım”dan sağ çıxanların nəvəsi kimi təqdim edən məqalə müəllifi yazır ki, “soyqırım”ın 2019-cu ildə Konqres və 2021-ci ildə prezident tərəfindən rəsmi olaraq tanınmasına baxmayaraq, hazırkı administrasiya son bir ildə “soyqırım” sözündən yayınaraq onu “böyük fəlakət” və “tarixi faciə” kimi qeyri-müəyyən terminlərlə əvəz edib.
Məqalə müəllifi növbəti cümlələrində Prezident Trampı gah İran məsələsi ilə, gah da uydurma erməni soyqırımını tanımamaqla ABŞ-yə problem yaratmaqla şantaj etməyə cəhd göstərib:
“Bu ritorik imtina artıq erməni diasporunun lokal səviyyədə məyusluğu deyil. Bu, 100-dən çox uşağın ölümünə səbəb olan İran məktəbinə hücum da daxil olmaqla, hücumların mütənasibliyi ilə bağlı qızğın müzakirələr fonunda populyar olmayan müharibə aparan bir ölkə üçün ciddi problemə çevrilib”.
Qeyd edək ki, artıq Paşinyan hökuməti “erməni soyqırımı”nın tanınması məsələsinin xarici siyasətdə artıq prioritet olmadığını bəyan edib.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin “X” sosial şəbəkəsində qondarma erməni soyqırımı abidəsini ziyarəti ilə bağlı paylaşımını silməsi isə Tramp administrasiyasının münasibətinin göstəricisidir.
Xatırladaq ki, İrəvanda qondarma erməni soyqırımının ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb. Baş nazir Nikol Paşinyan isə hadisəni pisləyib. Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bizdə bir xalq deyimi var:

“İnsanlar odu söndürüb külü ilə oynayırlar, sonrada onun-bunun gülünc məsləhətlərinə möhtac qalırlar”:
O qeyd edib ki, indiki məqamda da biz bunun bariz nümunəsini görürük və Ermənistanın qondarma soyqırımı mövzusundakı mövqeyi də məhz bununla bağlıdır:
“Diqqət yetirsək, hər ilin aprel ayı yaxınlaşdıqca onlar fəallaşır, səs-küy qaldırır, guya dünyanı ayağa qaldırmağa çalışırlar ki, başımıza böyük faciə gəlib, niyə bunu olduğu kimi qeyd etmirsiniz, niyə bunun adını düzgün adlandırmırsınız?
Əslində burada erməni ideoloji paradiqmasının immunitetlənməsini görürük. Yəni bu mövzunun uzun illərdir istismar olunduğunu şahidi oluruq. Bu məsələnin artıq ağını çıxarıblar ki, hələ də özlərinə gələ bilmirlər. Yeni yanaşma və ya fərqli baxış ortaya qoymaq əvəzinə, eyni ritorika davam etdirilir, necə deyərlər, “Köhnə hamam, köhnə tas”.
Nə qədər bir millət özünü o alçaldıcı paradiqma ilə ifadə edə bilər. Bu isə onu göstərir ki, onların yaradıcı baxımdan, yeni geosiyasi yanaşmalar formalaşdırmaq baxımından ciddi məhdudiyyətlər mövcuddur və ya sıfır dərəcəsindədir”.
Politoloq əlavə edib ki, bir müddət əvvəl onlar qondarma Qarabağ məsələsini qabardırdılar, guya bölgədə sıxışdırıldıqlarını və orada da “soyqırımı” baş verdiyini iddia edirdilər:
“Ümumiyyətlə, “soyqırımı” anlayışı onların ritorikasında tez-tez istifadə olunan və demək olar ki, dilə yapışmış bir ifadəyə çevrilib. Bu mövzudan uzaqlaşa bilməmələri isə inkişaf proseslərinin daha çox şərti xarakter daşıdığını göstərir.
Digər tərəfdən, milləti quruculuq işlərinə yönəltmək, barışığa hazırlamaq lazımdır. Türkiyə və Azərbaycanla münasibətlər fonunda qondarma “soyqırımı” məsələsindən yapışıb guya bununla nəyisə sübut etmək istəyirlər. Bu çox arxaik bir məsələdir.
2015-ci ildə, Serj Sarkisyan prezident olduğu dövrdə də bu istiqamətdə nəsə etməyə çalışdır. Hətta kürəkənini Romaya, Vatikana göndərdi ki, bütün aləmi ayağa qaldırsınlar. Lakin gözlənilən nəticə əldə olunmadı. Qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı İrəvanda keçirilən tədbirdə cəmi dörd dövlət başçısı iştirak etdi.
Eyni tarixdə isə Çanaqqalada Türkiyənin siyasi rəhbərliyinin dəvəti ilə keçirilən tədbirlərdə çoxsaylı dövlət və hökumət başçıları iştirak edərək Birinci Dünya müharibəsinin ağır və faciəli səhifələrini xatırladılar, bunun bəşəriyyət üçün böyük bir faciə olduğunu vurğuladılar”.
Tofiq Abbasov vurğulayıb ki, Ermənistanın bu mövzu ətrafında sərgilədiyi yanaşma reallıqdan uzaqdır və geosiyasi baxımdan ciddi əhəmiyyət kəsb etmir:
“Yəni biz görürük ki, bunların bu cılız ağlamağı, zırıltısı sonra yalandan göz yaşı tökməsi və s. bunların hamısı məşhəkədir, bunların hamısı məsxərədir və heç bir bunun geosiyasi mənada dəyəri yoxdur.
Yəni insanlar irəli gedirlər. bunlar isə geri gedirlər və çalışırlar ki, dünənki günə qapı açsınlar. Yəni bunun heç bir əhəmiyyəti yoxdur və olmayacaq da. İstər Tramp bunun adını “soyqırım”, “faciə” və ya “komediya” qoysun, özləri bilər, yəni belə bir gedişlərlə ermənilər yalnız və yalnız özlərini geriyə atırlar”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Tramp Tofiq Abbasov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.