EN

Mənzillərdə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdi

Bakı. Trend:

Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzilüzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilənhallar təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, mərkəzi istilik sistemlərinin kütləvi tətbiqmodelinin məqsədəmüvafiq olmadığı hallar üçün fərdi sistemlərəicazə verilən istisna hallar müəyyən edilib.

Belə ki, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hərbir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnızazmərtəbəli yaşayış binalarında (5 mərtəbəyə qədər), qaz təchizatıolmayan ərazilərdə, istilik təchizatının fərdi qaydada bərpa olunanenerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulanmənzillərdə icazə verilir.

Chosen
29
8
az.trend.az

10Sources