EN

Türkiyədə 6 ildən sonra “Formula 1” həyəcanı yenidən yaşanacaq - Ərdoğan açıqladı

Türkiyədə
"Formula 1" həyəcanı 6 ildən sonra yenidən Türkiyədə yaşanacaq. 1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında məlumat verib.
Prezident bildirib ki, İstanbul Park 2027–2031-ci illər arasında tam 5 mövsüm boyunca diqqət çəkən, həyəcanlı və izlənməsi zövq verən yarışlara ev sahibliyi edəcək. "Motosport ölkəsi olan Türkiyənin Formula 1 ilə əməkdaşlığının gələcək illərdə daha da güclənərək davam etməsini arzulayıram”. "Formula 1" yarışlarının 2027-ci ildə yenidən İstanbulda təşkil olunacağını açıqlaması motor idmanı həvəskarlarında böyük həyəcan yaradıb. Türkiyə Qran-prisi motor idmanının ən nüfuzlu yarışlarından olan "Formula 1"in 2027-ci il təqvimində yer alacaq. İstanbul Park 2005–2011 və 2020–2021-ci illərdən sonra növbəti il Formula 1-ə 10-cu dəfə ev sahibliyi edəcək. Xatırldaq ki,
İlk dəfə 2005-ci ildə "Formula 1" təqviminə daxil edilən Türkiyə Qran-prisi 2011-ci ilə qədər fasiləsiz keçirilib.

Daha sonra pandemiya dövründə bəzi mərhələlərin ləğv olunması səbəbindən yenidən İstanbulun ev sahibliyi etdiyi yarış 2020-ci ildə tamaşaçısız, son olaraq isə 2021-ci ildə yarı tutumla təşkil olunub.

Chosen
51
1
1news.az

2Sources