ain.az, Axar.az saytına istinadən bildirir.
Rejissor Fariz Əhmədovun tammetrajlı “Sükut içində addımlar” sənədli filmi 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək.
Kult.az xəbər verir ki, festival Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya təmin edir.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.
“Sükut içində addımlar” Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.
Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.