EN

Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgələrində region birincilikləri keçiriləcək

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aprelin 30-da U-14 və U-17 yeniyetmələr arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, turnir Cəbrayıl rayonunun Horovlu kəndində baş tutacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
5
icma.az

7Sources