EN

“Yuventus” axtardığı hücumçusunu tapdı

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze yayda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı forvard gözlənilən performansı göstərə bilmədiyi üçün ayrılığı düşünür. Ona ən ciddi maraq isə Yuventus tərəfindən göstərilir.

Turin klubu mövsümün sonunda təxminən 30 milyon avro təklif etməyə hazırlaşır.

Zirkze bu mövsüm 22 oyunda 2 qol və 1 assistlə yadda qalıb. O, əvvəllər Bolonyada çıxış edib.

Chosen
41
idmanxeber.az

1Sources