Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.
Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk növbədə, əhalinin sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması istiqamətində mühüm addımlar atılıb:
"Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli artım qeydə alınıb.
Məhz buna görə də infrastrukturun yenilənməsi və tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində hər il milyonlarla vətəndaşa ambulator, stasionar və cərrahi tibbi xidmətlər göstərilir".