EN

Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul etdi

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib.

Bu barədə Publika.az-a səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən qəbulda səhmdar cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Chosen
23
11
publika.az

10Sources