EN

Ermənilər Türkiyə səfirliyinin qarşısında toplaşmaq istədilər, rədd cavabı aldılar

"Gürcüstanda Ermənistan və bir sıra digər ölkələrin soyqırım hesab etdiyi 1915-ci il hadisələrinin "qurbanları"nın xatirəsini anmaq üçün aprelin 24-də Türkiyə səfirliyinin qarşısında dinc nümayiş keçirməyə icazə verilməyib".

Qaziler.az apsny.ge bildirir ki, bu barədə Gürcüstandakı erməni icması məlumat yayıb.

İcma idarə heyətinin üzvü Janeta Baqdasaryanın sözlərinə görə, onlar tələb olunan müddət ərzində bələdiyyəyə və Daxili İşlər Nazirliyinə yazılı sorğular təqdim etsələr də, tələb olunan yerdə nümayiş keçirməyə icazə verilməyib.

Baqdasaryanın sözlərinə görə, onların müraciətinə cavabda bildirilir ki, Gürcüstanın müvafiq qanununa əsasən, Daxili İşlər Nazirliyi toplaşmaq azadlığı ilə etirazların keçirildiyi yerlərdə yaşayan, işləyən və ya biznes fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqları arasında balansı təmin etməyə borcludur. Bu şəxslərin fəaliyyətlərini davam etdirmələri məhdudlaşdırılmamalıdır.

QAZİLER.AZ

Chosen
50
1
qaziler.az

2Sources