EN

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün xüsusi qəbiristanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, aktrisa bu haqda "Xəbərin olsun" verilişində deyib.

O bildirib ki, Rusiyadakı Novodeviçye qəbiristanlığından Azərbaycanda da yaradılmalıdır:

"Bizim şöhrətli aktyorlarımız adi qəbiristanlıqda basdırılır. Eybi yoxdur. O, sənətkardır, onunla maraqlanan, sevən, filmlərinə baxanlar var. Deyir, görəsən, harada basdırılıb? Amma elə əlverişsiz yerdə dəfn olunub ki, pis təsir edir.

İndi torpaq tapmaq çətindir. Rusiyada belə bir yer var: Nikulin, Popov orada dəfn olunub. Papaninin qəbrinə baxmağa getmişəm, keçəndə pul vermişəm. O pulla işçilər dolanır, oranı təmiz saxlayırlar". (Axşam.az)


Bizim.Media

Chosen
16
7
bizim.media

8Sources