AZ

Sənətkarlar üçün qəbiristanlıq yaradılsın Xalq artisti

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün xüsusi qəbiristanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa bu haqda "Xəbərin olsun" verilişində deyib. O bildirib ki, Rusiyadakı Novodeviçye qəbiristanlığından Azərbaycanda da yaradılmalıdır:

"Bizim şöhrətli aktyorlarımız adi qəbiristanlıqda basdırılır. Eybi yoxdur. O, sənətkardır, onunla maraqlanan, sevən, filmlərinə baxanlar var. Deyir, görəsən, harada basdırılıb? Amma elə əlverişsiz yerdə dəfn olunub ki, pis təsir edir. İndi torpaq tapmaq çətindir. Rusiyada belə bir yer var: Nikulin, Popov orada dəfn olunub. Papaninin qəbrinə baxmağa getmişəm, keçəndə pul vermişəm. O pulla işçilər dolanır, oranı təmiz saxlayırlar"./Axşam.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
7
bakivaxti.az

8Mənbələr