EN

Xankəndidə “Yaradan” sənədli filminin təqdimatı keçirilib - FOTO

Aprelin 24-də Xankəndi şəhərində, Qarabağ Universitetində "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin istehsalı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələn “Yaradan” sənədli filminin təqdimatı keçirilib.

Əvvəlcə filmin ssenari müəllifi Ayaz Mirzəyev çıxış edərək, filmin ideyası barədə məlumat verib.

O, bildirib ki, film Qarabağın işğaldan azad olunmasından sonra bölgədə aparılan  bərpa-quruculuq işlərini və bu torpaqlarda həyatın yenidən bərpa olunmasını tamaşaçılara çatdırmaq məqsədi ilə hazırlanıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, çəkilişlər zamanı işğaldan azad olunan ərazilər lentə alınıb və bu film vasitəsilə Qarabağın yeni inkişaf mərhələsi, bu torpaqlarda həyatın yenidən canlanması göstərilib.

Dağıntıdan şəhər, xatırədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsindın bəhs edən filmin nümayişindən sonra ssenari müəllifi  Ayaz Mirzəyev Qarabağın və Şərqi Zəngəzurun abidələrindən söz açan   kitabları Qarabağ Universitetinin kitabxanasına hədiyyə etdi.

Chosen
31
3
qaziler.az

5Sources