EN

İran 55 gündən çoxdur internetsizdir

Bakı. Trend:

İran ərazisində 55 gündən çoxdur ki, internetə çıxış yoxdur.

Trend xəbər verirki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidmətiməlumat yayıb.

“İranda internetin kəsilməsi artıq ardıcıl 56-cı gündür davamedir, beynəlxalq əlaqə isə 1 320 saatdan artıqdır ki,dayandırılıb”, – deyə xidmətin "X" platformasında qeyd olunub.

Məlumata görə, bu bloklama dünya üzrə müşahidələr tarixindəbütöv bir ölkə miqyasında qeydə alınan ən uzun internetməhdudiyyəti olub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşıtətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Chosen
38
5
az.trend.az

6Sources