ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Müdafiə Ordusu Livanın cənubundakı Deyr-Ayms şəhərində ötən gecə "Hizbullah"ın İsrailin sərhədyanı Ştula yaşayış məntəqəsini raketlərlə atəşə tutduğu binaya zərbələr endirib.
Bu barədə "Report" xəbər verir.
Məlumata görə, aviazərbədən əvvəl İsrail ordusu Deyr-Ayms sakinlərini təxliyə barədə xəbərdar edib.
Deyr-Ayms Livanın cənubunda İsrailin nəzarət etdiyi təhlükəsizlik zonasından şimalda yerləşir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.