İsrail Müdafiə Ordusu Livanın cənubundakı Deyr-Ayms şəhərində ötən gecə "Hizbullah"ın İsrailin sərhədyanı Ştula yaşayış məntəqəsini raketlərlə atəşə tutduğu binaya zərbələr endirib.
“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, aviazərbədən əvvəl İsrail ordusu Deyr-Ayms sakinlərini təxliyə barədə xəbərdar edib.
Deyr-Ayms Livanın cənubunda İsrailin nəzarət etdiyi təhlükəsizlik zonasından şimalda yerləşir.