EN

Marko Yankoviç hakimi yumruqlamaq istədi KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

“Sabah”la oyundan sonra “Qarabağ”ın futbolçusu Marko Yankoviç və hakim Rəvan Həmzəzadə arasında gərgin insident yaşanıb. “CBC Sport” kanalında yayımlanan görüntülərdə monteneqrolu futbolçunun Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən kəskin narazı qaldığı əks olunub.

KONKRET.az xəbər verir ki, xəbər verir ki, Yankoviç qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə sərt reaksiya göstərib. Matç bitən kimi meydançada hakimlərə hücum çəkən oyunçu birbaşa qırmızı vərəqə alıb və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb.

Lakin futbolçunun hirsini soyutmaq mümkün olmayıb. O, paltardəyişmə otağına gedən tuneldə yenidən hakimlərin üzərinə gedərək onlara yumruq vurmağa cəhd edib. Vəziyyətin daha da gərginləşməsinin qarşısını baş məşqçi Qurban Qurbanov alıb; o, futbolçunu sakitləşdirərək hadisə yerindən kənarlaşdırıb. Daha sonra polislər Yankoviçi hakimlər otağının qarşısından tamamilə uzaqlaşdırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
konkret.az

3Sources