EN

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

Bakı. Trend:

Xankəndi şəhərində yeni marşrut şəbəkəsi üzrə marşrutlaristifadəyə verilir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA)

Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutlarıaşağıdakılardır:

  • 1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası - XankəndiTikiş Fabriki”;
  • 2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzalkompleksi”;
  • 3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-cidairə marşrutları üzrə hərəkət edəcək.

Məlumata görə, marşrut xətləri boyu ümumilikdə 62 ünvandadayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchizolunub.

Sözügedən marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-yəməxsus ekoloji təmiz elektrik avtobuslarları ilə həyatakeçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraqilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlikintervalla sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bununüçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb.Sərnişinlər ödənişlərini fiziki “BakıKart”, QR-bilet , eləcə də NFCtexnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödənişsistemləri (“Google Pay” və “Apple Pay”) ilə həyata keçirəbilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olanödəniş terminalları vasitəsilə artırmaq mümkündür.

Məqalədə:
Chosen
38
36
az.trend.az

4Sources