EN

Ruzanna Məmmədova beşinci olub

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub...

Poliqon xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada Naemi Laystnerə (Almaniya) 2:5 hesabı ilə uduzub.

Bu gün Azərbaycanın daha bir güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Daha əvvəl isə qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub.

Poliqon.info

Chosen
28
4
poliqon.info

10Sources