EN

Haci yenidən yığmanın başına keçdi

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Rumıniya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Vakant posta George Haci təyinat alıb."Football-plus.az" xatırladır ki, milli komandanın sabiq çalışdırıcısı Mirça Luçesku martın 29-da səhhətindəki pisləşməyə görə xəstəxanaya yerləşdirilmişdi. Aprelin 3-də ürəktutması keçirən 80 yaşlı mütəxəssis süni koma vəziyyətinə düşmüş və ayın 7-də vəfat etmişdi. Onun yerini tutan Haci yığmaya ikinci dəfə təyinat alıb. İlk dəfə 2001-ci ildə baş məşqçi təyin olunan sabiq yarımmüdafiəçi komandanı DÇ-2002-nin final mərhələsinə çıxara bilmədiyi üçün istefaya yollanmışdı. 61 yaşlı Haci məşqçilik karyerası ərzində “Bursaspor”, “Qalatasaray”, “Poli Timişoara”, “Viitorul” və “Farul”u da çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
50
icma.az

10Sources