Şimali Qafqazdakı üç hava limanı təyyarələrin giriş-çıxışını məhdudlaşdırıb. Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artem Korenyakonun Telegram kanalında verdiyi məlumata görə, təhlükəsizlik səbəbləri ilə Vladikavkaz (Beslan), Qroznı (Severnı) və Maqas hava limanlarında uçuşlar dayandırılıb.
Rusiya hava limanlarının bağlanması 2026-cı ilin aprel ayında ikiqat artmağa başlayıb.
Bu ay 290 dəfə məhdudiyyətlər tətbiq edilib. Bu, ən çox Ukrayna dronlarının hücum təhdidləri ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az