EN

ABŞ İranla əlaqəli kriptovalyuta aktivlərini dondurdu

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya təzyiqini gücləndirərək, yeni məhdudiyyətlər tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, İranla əlaqəli ümumilikdə 344 milyon dollar dəyərində kriptovalyuta aktivləri dondurulub.

Ölkənin maliyyə naziri Skott Bessent bildirib ki, “İqtisadi Qəzəb” strategiyası çərçivəsində Tehranın maliyyə imkanlarının sistemli şəkildə zəiflədilməsi davam etdiriləcək.

Onun sözlərinə görə, məqsəd İranın vəsait toplamaq, köçürmək və geri qaytarmaq imkanlarını minimuma endirməkdir.

Nazir qeyd edib ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli çoxsaylı kriptovalyuta cüzdanlarını sanksiya siyahısına daxil edib və nəticədə milyonlarla dollar dəyərində rəqəmsal aktivlər bloklanıb.

“Tehranın ölkədən çıxarmağa çalışdığı vəsaitləri müəyyən edəcək və rejimin bütün maliyyə kanallarını hədəf alacağıq”, - deyə Bessent vurğulayıb.

Belə ki, yeni sanksiyalar yalnız ənənəvi maliyyə sxemlərini deyil, həm də rəqəmsal aktivlər və blokçeyn texnologiyalarının sui-istifadəsini əhatə edir. Araşdırmalar zamanı İran Mərkəzi Bankı ilə əlaqəli kriptovalyuta cüzdanları və bu cüzdanlarla əməliyyat aparan vasitəçi ünvanlar müəyyən edilib.

Vurğulanır ki, İran beynəlxalq maliyyə məhdudiyyətlərini aşmaq üçün getdikcə daha mürəkkəb üsullardan istifadə edir. Bu üsulların əsas məqsədi rialın sabitliyini qorumaq və beynəlxalq ticarəti davam etdirməkdir.

Yeni sanksiyalar çərçivəsində Çində yerləşən və İran neftinin əsas alıcılarından biri hesab edilən “Hengli Petrochemical” şirkəti də siyahıya əlavə olunub. Bununla yanaşı, İranın “kölgə donanması” ilə əlaqəli olduğu bildirilən təxminən 40 gəmi və gəmiçilik şirkəti də sanksiyalara məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
qafqazinfo.az

1Sources