EN

ABŞ maliyyə naziri: Süni intellekt yarışında qalib gəlmək həyati əhəmiyyət daşıyır

ain.az, Apa.az saytına istinadən bildirir.

ABŞ maliyyə naziri Skott Bessent ölkəsinin süni intellekt sahəsində qlobal yarışda qalib gəlməsinin strateji baxımdan kritik olduğunu bildirib.

“The Wall Street Journal”a müsahibəsində o qeyd edib ki, bu sahədə məğlubiyyət ABŞ üçün ciddi nəticələrə səbəb ola bilər:“Əgər biz süni intellekt yarışında qalib gəlməsək, bu, oyunun sonu deməkdir. Bunun üçün bir il, maksimum 18 ay vaxtımız var”.

Nazir əlavə edib ki, ABŞ rəhbərliyi süni intellekt modellərini mütəmadi olaraq izləyir, onların imkanlarını və potensial risklərini qiymətləndirir.Onun sözlərinə görə, texnologiyaların yanlış istifadəsi COVID-19-dan daha təhlükəli nəticələrə səbəb ola biləcək bioloji risklər yarada bilər.

Bessent həmçinin bildirib ki, ABŞ hökuməti paralel olaraq İranla müharibədən sonrakı iqtisadi bərpa, qlobal ticarətin balanslaşdırılması və inflyasiya ilə mübarizə üzərində də çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
apa.az

2Sources