EN

ABŞ BƏƏ-yə 12 ədəd F/A-18C qırıcısı yerləşdirib

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Əl-Dəfra Hava Bazasına Dəniz Piyada Korpusuna məxsus 12 ədəd F/A-18C/D qırıcısından ibarət eskadrilya yerləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumat yayıb.

Məlumata görə, təyyarələr əvvəlcə Portuqaliyanın Azor adalarındakı Lajes hava bazasına eniş edib, daha sonra BƏƏ-yə göndərilib.

Əl-Dəfra bazası İran sahillərinə yaxın strateji mövqedə yerləşir.

Chosen
28
7
azertag.az

8Sources