Çinli alimlər Ay səthindən toplanan nümunələrdə daha əvvəl məlum olmayan iki yeni mineral aşkar ediblər.
Day.Az xəbər verir ki, kəşf Çin Kosmos Günü çərçivəsində keçirilən tədbirdə açıqlanıb.
Yeni minerallar Chang'e 5 missiyası tərəfindən toplanan torpaq və qaya nümunələrində tapılıb və "magnezioçangızit-(Y)" ilə "çangızit-(Ce)" adlandırılıb. Bu minerallar nadir torpaq fosfatları kateqoriyasına daxildir və beynəlxalq səviyyədə təsdiqlənib.
Bu tapıntılarla birlikdə, Çin-in Ayda kəşf etdiyi mineral sayı 3-ə, ümumilikdə isə Ayda aşkar olunan mineralların sayı 8-ə çatıb. Missiya 2020-ci ildə Aydan 1,73 kq nümunə gətirərək bu sahədə mühüm elmi nəticələrə yol açıb.