Bu gün gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markakı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.
T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
"Cebheinfo.az"