ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycanda yerli icra hakimiyyətləri üzrə daşınmaz əmlakın sığortasında bərpa dəyərlərinin müəyyənləşdirilməsində fərqli yanaşmalar tətbiq edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, 2023–2024-cü illər ərzində sığortalanmış daşınmaz əmlakların bərpa dəyərlərini 64 icra hakimiyyəti üzrə sığorta şirkətləri müəyyən edib. Digər 8 icra hakimiyyəti üzrə isə bu dəyərlər əmlakın ilkin balans dəyəri əsasında hesablanıb və sığorta haqları da buna uyğun formalaşdırılıb.
Bununla yanaşı, təhlil göstərib ki, bəzi hallarda sığorta şirkətləri tərəfindən müəyyən edilən bərpa dəyərləri müvafiq əmlakın balans və ya qalıq dəyərlərindən əhəmiyyətli dərəcədə fərqlənib.
Qeyd olunub ki, bu cür uyğunsuzluqlar sığorta haqlarının hesablanmasında qeyri-dəqiqliyə və risklərin düzgün qiymətləndirilməməsinə səbəb ola bilər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.