ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 24-ü saat 08 radələrində Sabunçu qəsəbəsinin ərazisində yerləşən körpünün altındakı keçiddə baş verib.
Paytaxt sakini 2001-ci il təvəllüdlü Ələşrəf Əliyev idarə etdiyi “Daewoo” markalı 10 TG 712 qeydiyyat nişanlı marşrut avtobusu ilə yolu keçən Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi paytaxt sakini 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub.
Xəstəxanaya yerləşdirilmiş F.Hacıyev orada ölüb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.